Dünyanın əsas dövlətlərinin mərkəzi banklarının pul siyasətindəki qeyri-müəyyənliklər qlobal bazarlarda adekvat vəziyyət yaradıb.
Yenicag.az “Haber Global”a istinadən xəbər verir ki, yeni həftənin ilk günün də əsas diqqət inflyasiya tempini əks etdirən məlumatlara yönəlib.
Dünyada inflyasiya ilə mübarizə çərçivəsində atılan addımların effektivliyinin sual altında olduğu bir vaxtda nəhəng şirkətlərin aktivlərinin qiymətlərində nəzərə çarpan dəyişiklik müşahidə edilir.
Analitiklərin fikrincə, bu həftə açıqlanacaq İstehlak Qiymətləri İndeksi (CPI) üzrə məlumatlar ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) perspektiv siyasətinə təsir edə bilər.
FED sədri Cerom Pouell bəyan edib ki, qurum lazım gələrsə, pul siyasətini daha da sərtləşdirməkdən çəkinməyəcək.
Eyni zamanda, ABŞ və Çin liderlərinin gələn il baş tutması ehtimal olunan görüşünə dair məlumatların da qlobal bazarlara indidən öz təsirini göstərdiyi vurğulanır.