!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ və Çin-Rusiya ittifaqının yeni savaş poliqonu: Cənubi Amerika

!Reklam – Yazi

Birləşmiş Ştatların Hərbi-Hava Qüvvələrinin komandanı Kolumbiyaya səfəri zamanı regionda gedən proseslərdən nrahatlığını gizlətməyib.

ABŞ Hərbi-Hava Qüvvələrinin Qərargah rəisi Devid Qoldfin (David Goldfein) ötən həftə sonu Kolumbiya səfərindən qayıtdıqdan sonra bildirib ki, Birləşmiş Ştatlar Çin və Rusiyanın Latın Amerikasında artan nüfuzunu dayandırmaq üçün regiondakı müttəfiqlərini gücləndirmək istiqamətində real hərəkətə keçir.

Qoldfin “Forin Polisi”yə (“Foreign Policy”) müsahibəsində deyib ki, Kolumbiya və digər Latın Amerikası ölkələrinin ABŞ-la coğrafi əlaqələrini kəsilmək riski həmin dövlətlərin başqa silah bazarlarına yönəlmələrini şərtləndirir:

“Müttəfiqlərimizin Birləşmiş Ştatlardan hərbi sursat almaq əvəzinə, digər bazarlara yönələrək, ucuz qiymətə silah əldə etmələri asan olmayacaq”.

Devid Qoldfinin Latın Amerikası ölkələrinə səfəri Donald Tramp administrasiyasının Cənubi Amerikadakı müttəfiqlərinin mövqelərinin gücləndirilməsinə hesablanıb. Latın Amerikası ölkələrinin təhlükəsizliyinə yönəlik təhdidlər, xüsusilə narkotik alveri və qaçaqmalçılığı o cümlədən terrorçuluq, Venesuelada iqtisadi böhran və qaçqın axını Tramp adminisrasiyasını narahat edir.

Bu ilin avqustunda ABŞ müdafiə naziri Ceyms Mettisin (James Mattis) Cənubi Amerika ölkələrinə səfərindən sonra Birləşmiş Şatatların Hərbi-Hava Qüvvələrinin Qərargah rəisi Devid Qoldfin bu ranqda ilk Amerika rəsmisi kimi regiona iki günlük səfər etdi. Qoldin o səfər çərçivəsində Kolumbiyanın müdafiə naziri,

Kolumbiya Hərbi-Hava Qüvvələrinin Qərargah rəisi və Kolumbiya hərbi məktbinin tələbələri il görüşdü.

Qoldfin Çin və Rusiyanın Cənubi Amerikada nüfuzunun artmasına qarşı diqqətli olmağın vacibliyini deyib:

“Çin və Rusiyanın regiondakı siyastinə gəlincə, biz zəruri olan sahələrdə əməkdaşlıq yollarını axtarırıq. Biz o ölkələri harada daha güclü şəkildə sıxa biləcəyimizi müəyyən etməliyik. ABŞ Rusiya və Çinin qlobal miqyasda, o cümlədən Latın Amerikası ölkələrində apardıqları əməliyyatları diqqətlə izləyir”.

ABŞ-ın Cənubi Amerika ölkələrinə dəstəyini artırması ekspertlər tərəfindən Tramp administrasiyasının Çin və Rusiyanın Latın Amerikasına iqtisadi-hərbi nüfuzunun artmasını ciddi qəbul etməsi kimi qiymətləndirilir. Ekspertlərə görə, Çin geosiyasi məqsədlərə nail olmaq üçün Cənubi Amerika ölkələrinə birbaşa kapital yatıraraq, regiondakı neft ehtiyatlarını öz nəzarətinə götürməyə çalışır. Çin Cənubi Amerikanın yeddi əsas ölkəsinə ixracatı artırmaqla da bu sahədə ABŞ-I xeyli qabaqlaya bildi. Hazırda Latın Amerikasının 5 ölkəsi – Braziliya, Çili, Kuba, Peru və Uruqvay Çin məhsullarının əsas idxalçılarına çevriliblər. Çin həmçinin Argentina ilə Çilidə yerləşən kosmik stansiyanı da idarə edir.

Beynəlxalq Strateji Araşdırmalar üzrə Mərkəzin təhlilçisi Moises Rendon Çinin Cənubi Amerikada möhkəmlənməsini ABŞ-ın passivliyi ilə əlaqələndirir:

“Kolumbiyalılar ABŞ-ın regiondan sıxışdırılıb çıxarılmasından bərk narahatdırlar və bu gedişat Cənubi Amerikada müəyyən boşluqlar yaradıb. İndi bu boşluq doldurulmalıdır. Latın Amerikası ölkələri həmin boşluğun Çin tərəfindən doldurulmasına mane ola bilməzlər. Çünki Çin ABŞ-dan fərqli olaraq, regiona iri həcmdə kapital yatırır”.

Rusiya isə Cənubi Amerikaya investisiya qoymasa da, region ölkələrinə milyardlarla dollar dəyərində silah-sursat satır. Çin Latın Amerikası ölklərinin təbii ehtiyatlarını özünün iqtisadi inkişafı üçün istifadə etmək istəyir. Rendonun fikrincə, Çindən fərqli olaraq, Rusiya regionda özünün birbaşa strateji maraqlarını əsas götürür.

Təhlilçilər bildirirlər ki, Çin və Rusiya ticarət əlaqələrindən istifadə edərək, ABŞ-la düşmənçilik edən və ölkələrində insan hüquqlarını pozan Venesuela, Nikaraqua və Boliviyadakı siyasi rejimləri dəstəkləyir. Bu siyasətin əsas məqsədi Amerikanın regiondakı nüfuzunu sarsıtmaqdır.

Rendonun sözlərinə görə, Çinin Latin Amerikasındakı avtoritar rejimləri dəstəkləməsi Vaşinqtonu qayğılandırır:

“Çinin Venesuela prezidenti Nikolas Maduro rejimini, o cümlədən Nikaraqua və Boliviyadakı qeyri-demokratik rejimlərə dəstək olması ABŞ-ı daha çox narahat edir”.

Bu mövzuda danışan Heritic Fondunun təhlilçisi Ane Kintana (Ana Quintana) isə bildirir ki, Çinin Latın Amerikasında təsirinin artması regionun bir sıra ölkələrinin Tayvanı Çinin tərkib hissəsi kimi tanıması ilə nəticələndi:

“Həmin ölkələr Salvador, Kosta-Rika, Panama və Dominikan Respublikasıdır. Burada məqsəd tək Latın Amerikası ölkələrinin “Birləşmiş Ştatların dəstəyinə arxalanması” deyil, məqsəd həmçinin regionun böyük neft ehtiyatlarına yiyələnmək üçün Rusiya və Çinin “regionda gücünün artırılması”dır. Həm Çin, həm də Rusiya Latın Amerikasında mövqelərini gücləndirməyə çalışırlar”.

Qldfin isə ABŞ-ın Cənubi Maerika ilə bağlı nəzərdə tutduğu fəaliyyət haqqında bunları deyib:

“ABŞ administrasiyası Latın Amerikasında Çin və Rusiyanın təsirinə qarşı çıxaraq, regionda kı müttəfiqlərini gücləndirmək və yeni tərəfdaşlar qazanmaq niyyətindədir. Güclü hərbi əlaqələrin qorunub saxlanılması əsas prinsipdir”.

O, Kolumbiyalı həmkarı general Karlos Eduardo Buveno ilə möhkəm dost olduqlarını vurğulayaraq, rəsmi Boqotanın regionda demokratiyanın geniş yayılmasında oynadığı rolu yüksək qiymətləndirib.

Qoldfin əlavə edib ki, o və Kolumbiya rəhbərləri ikitərəfli tərəfdaşlıq imkanlarını, yəni “hər iki dövlətin hava məkanının suverenliyini qorumaq” məsələsini, həmçinin ABŞ-ın F-16 qırıcı təyyarələrinin Kolumbiyaya satılması məsələsini müzakirə ediblər.

Qoldfinin sözlərinə görə, Birləşmiş Ştatların Latın Amerikasındakı müttəfiqlərinin gücləndirilməsi “Amerika sərhədlərinin qorunması”na hesablanıb.

Venesueladan gündəlik olaraq, 4 min mühacirin Kolumbiya ərazisinə daxil olması hazırda ən çox narahatlıq yaradan məsələdir. Kolumbiya hökumətinin xahişi ilə bu ilin payızında ABŞ müdafiə naziri Ceyms Mettis (James Mattis) Amerika Hərbi-Dəniz Donanmsının xəstəxana xidməti göstərən gəmisini Kolumbiyaya göndərərək, mühacirlərə tibbi xidmət göstərib.

Hər iki dövlətin Hərbi-Hava Qüvvələri Qərargah rəislərinin müzakirə etdikləri digər mühüm məsələ Kolumbiya ərazisində kokain istehsalatının geniş yayılmasıdır. Qoldfin deyib ki, ABŞ kokain sahələrinin kökündən məhv edilməsinə dair Kolumbiya hökumətinə dəstək verməyin yolları barədə düşünür:

“Biz Latın Amerikasındakı həmkarlarımızın yaxşı və pis vaxtlarında bir yerdə olmağı lazım bilirik. Hazırda regionda çox müsbət proseslər getdiyindən, Latın Amerikası ölkələri üçün həlledici vəziyyət yaranıb”.

Lara Seliqman (Lara Seligman)
“Foreign Policy”

www.yenicag.az

5551
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv