!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ və Çin “ticarət müharibəsi”ni dayandırır: Rusiyanın sonu gəldi?

!Reklam – Yazi

Çin ABŞ-dan aldığı təbii qazın həcmini artırmaqla, ticarət əlaqələrini nizamlamağa çalışır.

ABŞ-ın maliyyə naziri Stiven Mnuçinin sözlərinə görə, ABŞ və Çin qarşılıqlı ticarət sahəsində müəyyən razılığa gəlib.
Vaşinqtonda ABŞ prezidenti Donald Tramp və Çin Dövlət Şurası baş nazirinin müavini Lyu Henin rəhbərlik etdiyi nümayəndə heyətlərinin apardığı müzakirələrdən sonra dünyanın iki nəhəng iqtisadiyyatına malik bu ölkələr arasında ticari qarşıdurmaya son qoyulmasına yönəlik plan hazırlanıb. Bu isə o deməkdir ki, ABŞ-Çin iqtisadi qarşıdurmasından faydalanan üçüncü ölkələr artıq geosiyasi və geoiqtisadi oyunlardan kənarda qalacaqlar.

Danışıqlardan sonra açıqlama verən Lyu He iki ölkə arasında iqtisadi qarşıdurmanın dayandırılması istiqamətində ciddi addım atıldığını bildirib: “Biz “ticarət müharibəsi”nə pauza verdik.

O, əlavə edib ki, ABŞ da öz növbəsində 140 milyard dollar dəyərində Çin məhsullarına hər il dövlət rüsumuna cəlb olunması haqqında qərarın tətbiqini çərçivə sazişlərinin yerinə yetirilməsinə qədər təxirə salacaq.

Buradan belə nəticəyə gəlmək olar ki, Çinin dünyanın ən böyük və sərfəli bazarlarından olan ABŞ bazarına ehtiyacı var. Üçüncü ölkələrdən fərqli olaraq, ABŞ bazarı daimi olmaqla yanaşı, həm də yüksək alıcılıq qabiliyyətinə malikdir.

Qeyd edək ki, Çin ABŞ-a istisnasız olaraq, keyfiyyətli və bahalı məhsullar ixrac edir. Bunun nəticəsində də üçüncü ölkələrə satdığı aşağı keyfiyyətli məhsullarla müqayisədə daha çox pul qazanır. Şübhə yoxdur ki, bu anlaşma ABŞ-Çin ticarət dövriyyəsinin artmasına yol açacaq.

Vaşinqtonla Pekinin “ticarət müharibəsi”nə son qoyması Rusiyada şok effekti doğurub. ABŞ-ın Çinə sıxılmış qaz ixracını artırması Rusiyanın ən böyük bazarların birindən sıxışdırılması anlamına gəlir. Nəhəng iqtisadiyyatı üzündən enerji daşıyıcılarına tələbatı artan Çin Rusiyadan neft, qaz, ağac və xam metal almaqla, Moskvanın vəziyyətini müəyyən qədər yüngülləşdirirdi. Ona görə də Rusiya bütün imkanları ilə ABŞ və Çin araslnda iqtisadi qarşıdurmanın dərinləşdirilməsinə cəhd göstərirdi.

Digər tərəfdən, Çinlə münasibətləri normallaşdırmaq yolu seçən ABŞ bununla bütün dünyaya mesaj verdi ki, əgər ikiqütblü dünyadan söhbət gedirsə, o halda həmin statusu Moskva ilə deyil, Pekinlə bölməyə hazırdır.

Yenicag Analitik qrup

www.yenicag.az

6853
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv