Reklam

Reklam

Bu gün Küveytdə ABŞ və Fars Körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurası ölkələrinin Yaxın Şərq regionunda birgə böyük hərbi təlimi start götürüb.

Yeniçağ.Az-ın “APA”ya istinadən verdiyi məlumata görə, bunu Küveyt Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd əl-Hader bəyan edib.

M. əl-Hader “Qətiyyətli qartal” kod adı altında keçirilən təlimin əsas məqsədinin Fars Körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurası ölkələri və ABŞ arasında müdafiə sahəsində əməkdaşlığı möhkəmləndirmək olduğunu bildirib. Təlim aprelin 6-da başa çatacaq.

Hərbi təlim bir neçə mərhələni əhatə edəcək. Bura birgə operativ planlaşdırma, komanda-qərargah təlimi, Küveytdə Hərbi Hava Qüvvələrinin iştirakı ilə səhra təlimi daxildir. Təlimdə iştirak edən texnika və hərbçilərin sayı barədə hələ məlumat verilmir.

Qeyd edək ki, Fars Körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurasına 6 ölkə – Səudiyyə Ərəbistanı, Küveyt, Bəhreyn, Oman, Birləşmiş Ərəb Əmirlikləri və Qətər daxildir.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 62
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."