ABŞ və Ermənistan strateji sənəd imzalayır

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ Dövlət katibi Entoni Blinken yanvarın 14-də Vaşinqtonda strateji tərəfdaşlıq haqqında sənəd imzalayacaqlar.

Yenicag.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin Teleqram kanalında məlumat yayılıb.

Məlumata görə, imzalanma mərasimi bu gün saat 21:00-da baş tutacaq.