Hərbi qüvvələr arasında gərginlik yaşanıb
Hörmüz boğazında ABŞ-İran gərginliyi yaşanıb. İstiPress-in Milliyet-ə istinadla xəbər verir ki, İran donanmasına məxsus gəmilər, Hörmüz boğazından keçən ABŞ döyüş gəmisinin qarşısını kəsib. Bundan sonra ABŞ döyüş gəmisindən hərbi helikopterlər havaya qalxıb.
Yaşanan gərginliklə əlaqədar ABŞ-dan İrana xəbərdarlıq edilib. ABŞ donanmasının rəhbərliyi İranı gəmilərinin bu addımını “təcavüz” kimi dəyərləndirib.
Yeniçağ.az