ABŞ və İsrail prezidentləri Rusiyanın İranla hərbi əlaqələrini müzakirə edəcək

İsrail Prezidenti İsxak Hersoq iyulun 18-də ABŞ-yə səfər edəcək.

Yenicag.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

ABŞ Prezidenti Co Bayden iyulun 18-də Ağ Evdə İsrail Prezidenti İsxak Hersoqla görüşəcək.

Liderlər İsrailin regional inteqrasiyası və Rusiyanın İranla hərbi əlaqələrini müzakirə edəcək.