ABŞ və İsrail YUNESKO-ya üzvlükdən çıxmağa qərar verib.
Yenicag.az xəbər verir ki, öncə Birləşmiş Ştatlar belə bir qərar qəbul etdiyiniz açıqlayıb. Amerikalılar bunu sözügedən qurumun antiisrail qərarlar qəbul etməsilə əlaqələndiriblər. Belə ki, 2011-ci ildə Fələstinin YUNESKO-ya tamhüquqlu üzv qəbul edildiyi gündən bəri ABŞ bu təşkilatın işindən narazılığını gizlətmir. Hətta buna etiraz olaraq ABŞ hökuməti YUNESKO-ya sponsorluqdan da imtina edib.
ABŞ Dövlət Departamentinin açıqlamasına görə, YUNESKO-ya üzvlükdən 2019-cu ilin 1 yanvar tarixindən etibarən tamamilə imtina edəcəklər.
ABŞ-ın bu qərarından sonra İsrail də oxşar addım atıb. Bu ölkənin baş naziri Binyamin Netanyahu ölkənin YUNESKO-dan çıxmaq barədə qərar qəbul etdiyini bildirib. O, təşkilatın İsrailə qarşı qərəzli mövqe tutmasını əsas gətirərək belə qərar verdiklərini bəyan edib.