ABŞ və Rusiya hərbi qərargah rəhbərləri Bakıdan sonra Antalyada görüşdülər

ABŞ Silahlı Qüvvələrinin qərargah rəisləri Komitəsinin sədri, general Cozef Danfordla Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi, ordu generalı Valeri Gerasimov bu dəfə Türkiyədə üçtərəfli görüş keçirirlər.

Tərəflərlə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi, Ordu generalı Hulusi Akar arasında görüş Antalyada baş tutub. Görüşdə Suriya və İraqdakı mövcud vəziyyətin müzakirə olunub.

Görüşün davam etdiyi bildirilir

Generallar Cozef Danford və Valeri Gerasimov bundan əvvəl Bakıda görüşüblər.

Yeniçağ.az