ABŞ Prezidenti Donald Tramp və KXDR lideri Kim Çen In arasında üçüncü görüş baş verə bilər.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ prezidentinin müşaviri Con Bolton deyib:
“ABŞ və Şimali Koreya prezidlıri arasında görüş baş verə bilər. Vaşinqton bu görüşə hazırdır”.
Qeyd edək ki, ABŞ və KXDR liderləri arasında ilk sammit 2018-ci ildə Sinqapurda keçirilib.
İkinci belə görüş isə, 2019-cu ildə Vyetnamın Hanoy şəhərində baş tutub.