ABŞ və “Taliban” Dohada görüşdü: “Əşrəf Qani hakimiyyəti legitim deyil”

Qətərin paytaxtı Dohada ABŞ və “Taliban” arasında Əfqanıstanda danışıqlar aparılır.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, danışıqlarda əsas məqsəd 17 ildir davam edən müharibəyə son qoymaqdır.

Tərəflər ABŞ ordusunun Əfqanıstandan çıxarılması və atəşkəsə əməl olunması barədə planlar hazırlayıb.

“Taliban”ın sözçüsü Süheyl Şahin qeyd edib ki, onlardan ötrü danışıqlarda əsas müzakirə mövzusu, tək ABŞ-ın deyil, həmçinin digər xarici ölkələrin qüvvələrinin Əfqanıstandan çıxarılmasıdır. Danışıqların bu mərhələdə uğursuz olacağı təqdirdə növbəti görüşlərin keçirilməsi istisna edilmir.

Ancaq hazırki müzakirələrdə ən böyük problemli məsələ “Taliban”ın ölkə Prezidenti Əşrəf Qəni ilə sazişdən imtina etməsi və legitim hakimiyyəti tanımamasıdır. Belə ki, “Taliban” rəhbrliyi  rəsmi Kabili Qərbin “oyuncağı” hesab edərək onu qanuni hakimiyyət kimi tanımaqdan imtina edir.