ABŞ və “Taliban” hərəkatının bir qrup nümayəndəsi Qətərin paytaxtı Dohada keçirilən görüşdə xarici qoşunların Əfqanıstandan çıxarılması barədə razılığa gəlib.
Yenicag.az xəbər verir ki, bu barədə məlumatı “Reuters” terror qruplaşmasındakı mənbəyinə istinadən yayıb.
Məlumata görə, saziş layihəsi xarici qoşunların ölkədən 18 ay ərzində çıxarılmasını nəzərdə tutur.