ABŞ və “Taliban” hərəkatı arasında danışıqların 8-ci raundu başa çatıb.
Yenicag.az xəbər verir ki, bu barədə “Taliban”ın nümayəndəsi Zabihulla Mücahid bildirib.
Onun sözlərinə görə, danışıqlar uzun və səmərəli olub, hər iki tərəf gələcək addımlarla bağlı öz liderləri və rəhbərləri ilə məsləhətləşmək qərarına gəlib.
Qeyd edək ki, ABŞ və “Taliban” arasında danışıqların 8-ci raundu avqustun 3-də Qətərin paytaxtı Doha şəhərində başlayıb./APA/