ABŞ və Türkiyə arasında son 7 ilin ən böyük hərbi təlimi

ABŞ və Türkiyə Aralıq dənizində birgə hərbi təlimlər keçirib.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, bu, iki ölkə arasında son 7 ildə Amerika istehsalı olan F-16 və F-18 qırıcılarının və Türkiyə Silahlı Qüvvələrinin idarə etdiyi hücumçuların iştirak etdiyi ən böyük ortaq hərbi təlimdir.

Təlimdə Türkiyənin TCG Anadolu və Amerikaya məxsus USS Gerald R Ford döyüş gəmilərindən də istifadə edilib.