Türkiyə Prezident Administrasiyasının Xarici Siyasət və Təhlükəsizlik üzrə Baş məsləhətçisi Akif Çağatay Kılıç ilə ABŞ-nin Milli Təhlükəsizlik üzrə Müşaviri Ceyk Sallivan arasında telefon danışığı baş tutub.
Yenicag.az xəbər verir ki, telefon danışığında ABŞ və Türkiyə münasibətləri başda olmaqla, regional məsələlər müzakirə edilib.
İsrailin Qəzzaya hücumlarını davam etdirməsi, Rusiya-Ukrayna savaşı kimi məsələlər ətrafında fikir mübadiləsi aparan diplomatlar PKK, FETÖ, İŞİD kimi terror təşkilatlarına qarşı birgə mübarizə metodları ətrafında söhbətləşiblər.