ABŞ və Türkiyə heyyətləri Ankarada görüşdü: ABŞ qoşunlarının Suriyadan çıxarılması müzakirə edildi

ABŞ və Türkiyə rəsmiləri Amerika Birləşmiş Ştatları ordusunun Suriyadan çıxarılması məsələsini müzakirə edib.

Yenicag.az “Anadolu” informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə görüş Ankarada baş tutub.

“ABŞ qoşunlarının Suriyadan çıxarılması məsələsini ABŞ nümayəndə heyəti ilə müzakirə etdik. Suriya ərazilərinin terrorçulardan təmizlənməsi olduqca vacibdir. Biz PKK/PYD də daxil olmaqla bütün terrorçu qrupların zərərsizləşdieilməsindən yanayıq. Bununla da bölgədəki problemlər aradan qalxacaq” – deyə Türkiyə Prezidentinin müşaviri İbrahim Kalın bildirib.

“Türkiyə İŞİD-lə ilk mübarizə aparan ölkələrdən biri olub. Biz “Fərat qalxanı” hərəkatı ilə Cerablus, Əl-Bab xəttini İŞİD terrorçularından təmizləməklə üzərimizə düşən öhdəliyi yerinə yetirdik” – deyə Kalın əlavə edib.

COP29