!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ və Türkiyə müdafiə nazirləri arasında təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edildi

!Reklam – Yazi

ABŞ-ın müdafiə naziri Ceyms Mettis türkiyəli həmkarı Fikri Işıkla telefon danışığı zamanı iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edib.

APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə Pentaqonun mətbuat xidmətindən bildirilib.

“Nazir ABŞ-ın NATO üzrə müttəfiqinin müdafiəsinin təmin edilməsinə və təhlükəsizlik sahəsində əlavə risklərin qarşısının alınmasına dair sadiqliyini təsdiqləyib. Hər iki lider İraq və Suriyada sülh və sabitliyi dəstəklədiyini təsdiqləyiblər”, – deyə Pentaqondan bildirilib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bundan əvvəl rəsmi Ankaranın etirazına baxmayaraq, Suriyada İŞİD-lə döyüşən kürd qruplaşmaların silahlandırılmasına dair planı təsdiqləyib.

Yeniçağ.Az

www.yenicag.az

636
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv