ABŞ və Ukrayna arasında 10 il müddətinə təhlükəsizlik haqqında anlaşma imzalanıb. Anlaşmaya əsasən, ABŞ 10 il ərzində Ukrayna ordusuna təlim keçəcək və Ukraynaya silah tədarükü davam edəcək. Əgər Ukrayna təhlükəsizliyi təhdid altında olarsa, 24 saat ərzində ABŞ və Ukrayna rəsmiləri əlaqəyə keçəcəklər.
Yenicag.az xəbər verir ki, bu barədə nüfuzlu “Politico” nəşri məlumat yayıb.
Qəzet yazır ki, anlaşmaya ABŞ ordusunun Ukraynaya göndərilməsi, Amerika əsgərinin Rusiya ilə döyüşməsi – 5-ci maddə daxil deyil.
Məlumata görə, anlaşma Konqres tərəfindən təsdiq edilməyəcək və administrasiyalararası olacaq. “Çünki əgər Bayden administrasiyası hakimiyyətdən gedərsə, yeni gələn administrasiya anlaşmaya yenidən baxa və ya ondan imtina edə bilər”, – deyə nəşr yazıb.
Rafi Müslümov