Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

ABŞ və Yaponiya birgə təlimlərə başladı

Oktyabrın 31-də Yaponiya və ABŞ silahlı qüvvələri “Keen Sword” genişmiqyaslı hərbi təlimlərinə başlayıblar.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, noyabrın 8-dək davam edəcək təlimlərdə ordunun müxtəlif bölmələri, hərbi-dəniz qüvvələrinin aviasiyası və gəmiləri iştirak edirlər. Belə təlimlər ardıcıl olaraq iki ildə bir dəfə keçirilir. Bu il təşkil edilən təlimlərə təqribən 47 min yapon və 9,5 min ABŞ hərbçisi cəlb olunub.

ABŞ-ın Yaponiyadakı kontingentinin komandanı general Cerri Martinesin təlimlərlə bağlı danişarkən, “Keen Sword” təlimləri iki ölkənin ordusunun Yaponiyanın müdafiəsi və regionda sabitlik üçün zəruri olan hərbi-hava, dəniz və amfibiya bacarıqlarını yoxlamağa imkan yaradır”- deyə bildirib.

Təlimlərin birinci günü Hönşü adasının şimalında yerləşən Misava hərbi bazasında axtarış-xilasetmə əməliyyatları zamanı birgə fəaliyyət məşqləri keçiriləcək. Sonrakı günlərdə desant əməliyyatlarının və hava döyüşü təlimlərinin keçiriləcəyi planlaşdırılır.

Loading...

www.yenicag.az

2588
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100