ABŞ verdiyi sözdən dönür? – “Ordu anlaşma olmadan Suriyadan çıxmayacaq”

“Kürtlərin təhlükəsizliyi ilə bağlı anlaşma bağlamadan ABŞ ordusu Suriyadan çıxmayacaq”.

Yenicag.az xəbər verir ki, bu barədə ABŞ milli təhlükəsilik məsləhətçisi Con Bolton bildirib.

Türkiyənin ABŞ-ın izni olmadan Suriyada hər hansı hərbi əməliyyat keçirməsinə razı olmadıqlarını bildirən Bolton, ABŞ-ın fikrindən daşınmadığını, ancaq bölgədəki tərəfdaşlarının təhlükəsizlini təmin etmədən əsgərləri Suriyadan çıxarmayacaqlarını vurğulayıb.

Bolton bu qərarın birbaşa Donald Trampa aid olduğunu qeyd edib.

Həşim Səhrablı

COP29