ABŞ xarici ölkələrə maliyyə yardımını azaldacaq

Vaşinqton xarici ölkələrə maliyyə yardımının həcmini azaltmağı planlaşdırır.

Yeniçağ.Az-ın “APA”ya istinadən verdiyi xəbər görə, bu barədə Ağ Evin inzibati-büdcə idarəsinin direktoru Mik Malveni bildirib.

“ABŞ-ın prioritet kursu olduqca aydındır: xaricdə xərclənən pulların azaldılması burada xərclənəcək pulları çoxaldacaq”, – deyə o qeyd edib.

Malveninin sözlərinə görə, bu cür addımlar müdafiə xərclərini 54 mlrd. dollara çatdırmağa imkan verəcək.

Bundan əvvəl Tramp yeni büdcədə müdafiə xərclərinin 54 mlrd. dollaradək artırılmasını təklif edib.

Yeniçağ.Az