!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ Yaponiyaya İran nefti barəsində güzəştə getdi: Qadağa ləğv edildi

!Reklam – Yazi

ABŞ Yaponiyanı İrana qarşı tətbiq etdiyi sanksiyalardan kənarlaşdıraraq, onun bu ölkədən xam neft ixrac etməsinə maneə yaratmayacaq.

Yenicag.az xəbər verir ki, ABŞ birtərəfli qaydada İran və dünyanın altı ölkəsi arasında imzalanan razılaşmadan çıxıb. Eyni zamanda, digər ölkələri İran neftinin ixracından imtina etməyə çağırıb.

Buna baxmayaraq, oktyabrın 3-də ABŞ-ın dövlət katibi Mayk Pompeo İrandan neft ixracına icazə verilən səkkiz ölkənin siyahısının dərc olunacağını elan edib.

Yaponiyaya neft ixracında İran nefti cəmi 5 faiz paya malikdir. ABŞ-ın sanksiyaları ərəfəsində topdan neft alqısı ilə məşğul olan yapon şirkətləri İran ilə ticarəti dayandırıb.

Xatırladaq ki, noyabrın 5-dən ABŞ İrana qarşı sanksiyaların yenidən tətbiqinə başlayacaq./Azərtac/

www.yenicag.az

4255
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv