ABŞ Yaxın Şərqdə əsgərlərinin sayını artırır – VİDEO

Birləşmiş Ştatlar Yaxın Şərqə əlavə hərbi kontingent göndərir.

Yenicag.az Euronews-a istinadən xəbər verir ki, ABŞ “İran tərəfindən təhlükənin artması” səbəbindən regiona daha min əsgər göndərməyi qərara alıb.

Qeyd edək ki, ABŞ-la yanaşı Böyük Britaniya və Səudiyyə Ərəbistanı da iyunun 13-də Oman körfəzində neft tankerlərinin partladılmasına görə İranı günahlandırır. Vaşinqton və Tehran arasındakı gərginlik ABŞ-ın nüvə anlaşmasını pozaraq, İrana qarşı sanksiyaları bərpa etməsindən sonra yüksələn xətlə artmaqdadır.

P.M

COP29