İran ilə İsrail arasındakı gərginlik ABŞ-ni hərəkətə keçirib.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Yaxın Şərqə F-22 qırıcı təyyarələri göndərdiyini etiraf edib.
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) açıqlamasına görə, İran və İsrail arasındakı gərginliklə bağlı bölgəyə F-22 qırıcıları göndərilib. Qırıcıların sayı və hansı ölkələrə yerləşdiriləcəyi ilə bağlı məlumat paylaşılmayıb.