Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

ABŞ yenidən Çini hədələdi

Reklam: High Technic

ABŞ dövlət katibi Maykl Pompeo hesab edir ki, Çin hakimiyyəti COVID-19 infeksiyasının yayılması haqqında informasiyanın güman edilən gizlədilməsinə görə məsuliyyətə cəlb ediləcək.

Yenicag.az xəbər verir ki, bu barədə Ağ Ev rəsmisi “Fox News” telekanalının efirində deyib.

Onun sözlərinə görə, Çin hakimiyyətinin hərəkətləri nəticəsində xeyli sayda insan həyatını itirib. Pompeo qeyd edib ki, dünya və ABŞ iqtisadiyyatı pandemiyaya görə böyük problemlərlə üzləşib.

O, Çin Xalq Respublikasının Kommunist Partiyası ilə münasibətlərdə şəffaflığın olmamasına görə təəssüf edib.

Maykl Pompeo bildirib ki, Çin Kommunist Partiyasının üzvləri etdiklərinə görə ABŞ qarşısında cavab verəcək. Lakin ABŞ dövlət katibi bunun hansı formada olacağını deməyib.

Pompeo həmçinin ABŞ-ın COVID-19-a bağlı bir çox şeyləri bilməməsinə əminliyini ifadə edib.

Loading...

www.yenicag.az

320
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100