ABŞ yönümlü təriqətlər Ərdoğana qarşı sui-qəsd planlaşdırıblar – KİV

ABŞ yönümlü təriqətlər ölkənin hüquq-mühafizə orqanlarının sıralarında Türkiyə hakimiyyətinə qarşı mümkün sui-qəsddə iştirak ediblər.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin “Aydınlık” qəzeti məlumat dərc edib.

Qəzet yazır ki, “Bora Kaplan” cinayət təşkilatının liderlərindən biri olduğu iddiası ilə mühakimə olunan vətəndaş Serdar Sertçelik sui-qəsd işində gizli şahid olduğunu bildirib.

Sertçelik deyib ki, polis onu hakim Ak Partiyadakı bir sıra liderlərin adlarını siyahıya salmağa məcbur edib. Bundan sonra polis rəisləri saxlanılaraq işdən uzaqlaşdırılıb.

Qəzetin məlumatına görə, Türkiyənin milli kəşfiyyat təşkilatı və təhlükəsizlik qüvvələri sözügedən şəxslərin prezident Rəcəb Tayyib Ərdoğana qarşı sui-qəsd təşkil etdiyini müəyyən edib. Qeyd edilir ki, sui-qəsddə ABŞ yönümlü bəzi təriqətlər iştirak edir.

Mayın 15-də Ankara Baş Prokurorluğu hökumətə qarşı cinayət törətmək üçün mümkün sui-qəsdlə bağlı istintaqa başlayıb.

Ötən gün respublika prezidenti Rəcəb Tayyib Ərdoğan hüquq-mühafizə orqanları sıralarında mümkün çevriliş cəhdi ilə bağlı xəbərdarlıq etdikdən sonra kəşfiyyat və Ədliyyə Nazirliyinin rəhbərləri ilə fövqəladə toplantı keçirib.

Bundan əlavə, Türkiyə daha əvvəl Ankara Təhlükəsizlik Müdirliyində olan polisləri cinayət təşkilatı ilə əlaqədə olmaq ittihamı ilə işdən çıxarıb və saxlayıb. Təhlükəsizlik qüvvələri onların evlərində axtarış aparıb.

“Aydınlık” qəzetinin yazdığına görə, sui-qəsdin məqsədi Türkiyə hökumətinə qarşı üsyan, məxfi materialların yayılması və ya yüksək vəzifəli məmurlara, o cümlədən hakimlərə təsir etmək cəhdi ola bilər.

COP29