ABŞ YPG-yə əlavə 5 min silah göndərəcək

ABŞ İŞİD terror təşkilatıyla mübarizə çərçivəsində PKK terror qruplaşmasının Suriyadakı qolu olan YPG-yə 5 min “AK-47” markalı silah verəcək.

Yenicag.az xəbər verir ki, bu məlumat ABŞ-ın 2018-ci il büdcəsində öz əksini tapıb.

“Al Monitor”un Pentaqon müxbiri Jack Detschin verdiyi xəbərə görə, PYD/YPG-yə verilən silahların hamısının seriyası götürülür və özəlliklə ağır silahların məlumatları Türkiyə ilə paylaşılır. Suriyadakı proseslər başa çatdıqdan sonra həmin silahlar PYD/YPG-dən geri alınacaq.

Bundan əlavə, silahların yalnış ünvanlara getməsinin qarşısını almaq üçün müvafiq tədbirlərin görüldüyü də bildirilir.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp YPG-yə silah verilməyəcəyini bildirmiş, bu cəfəngiyyata son verməyi sərt şəkildə tələb etmişdi. “Ağ Ev” verilən silahların geri alınacağını da açıqlanmışdı.