Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Abşeron aşıqları Çeçenistanda

14190618571334939124_750x500Rusiya Federasiyasının Çeçenistan Respublikasının paytaxtı Qroznı şəhərində “Qafqaz – qonaqpərvərlik Vətəni” devizi ilə Beynəlxalq mədəniyyət və turizm forumu keçirilib.

İki gün davam edən forum çərçivəsində Qafqaz regionuna daxil olan ölkələrin Beynəlxalq xalq yaradıcılığı festivalı baş tutub.

Festivalda Azərbaycanı Abşeron Rayon Mədəniyyət Evinin aşıqlarından ibarət qrupu təmsil edib.

Rayon mədəniyyət və turizm şöbəsinin müdiri İlham Manafov  müsahibəsində bildirib ki, Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə festivala yola düşən aşıqlar qrupunun tərkibinə Famil Mikayılov, Kərəm Vəliyev, Nurlan Abbasov və Mehman Seyidov daxil idilər.

Festivalda Azərbaycan ilə yanaşı, 12 ölkəni təmsil edən folklor qrupları iştirak ediblər.

İ. Manafovun verdiyi məlumata görə, festivalda Azərbaycanı təmsil edən Abşeron aşıqlarının ifasında səsləndirilən el havalaımız və Şirvan gözəlləməsi böyük maraqla qarşılanıb forum iştirakçıların zövqünü oxşayıb.

Forumda Çeçenistan Respublikasının mədəniyyət naziri Baudi Daayevə Abşeron rayonunda aparılan quruculuq və abadlıq işlərini özündə əks etdirən kitablar, rayon sənətkarlarının toxuduqları xalça və Azərbaycanın üçrəngli bayrağı hədiyə edilib.

Şöbə müdiri, həmçinin qeyd edib ki, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın Azərbaycanın qeyri-maddi mədəni irsinin, o cümlədən muğam və aşıq sənətinin, milli adət-ənənələrimizin dünyada tanıdılması və təbliği istiqamətində gördüyü işlər, xüsusilə 2009-cu ildə Azərbaycan aşıq sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsi Qroznı şəhərində uğurlu çıxışımıza stimul verən amil olub.

(azertag.az)

www.yenicag.az

216