Abşeron çimərliklərində dəniz suyunun temperaturu AÇIQLANDI

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Yenicag.az-a verilən məlumata görə, avqustun 30-da Abşeron çimərliklərində şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.

Dəniz suyunun temperaturu:

Şimal çimərliklərində – Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada 26-27°,

Cənub çimərliklərində – Türkan, Hövsan, Sahil və Şıxda 27-28° olacaq.

COP29