!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Abşeron polisi oğurluqda şübhəli bilinən 4 nəfəri yaxalayıb - Video

!Reklam – Yazi

Abşeron polisi oğurluqla məşğul olmaqda şübhəli bilinən 4 nəfərdən ibarət dəstəni yaxalayıb.

24 yaşlı Ramil Abdullayev, 29 yaşlı Namiq Abuşov, 28 yaşlı Ramil Kərimov və 19 yaşlı Amal Qəmbərovu Abşeron rayon Polis Idarəsi və Mehdiabad Polis bölməsinin əməkdaşları birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlayıblar. Saxlanılan şəxslər Abşeron rayonun Mehdiaba, Fatmayı, Goradil kənd ərazilərində 15-dən çox evdən oğurluq ediblər. Dəstə üzvləri müxtəlif vaxtlarda evlərdən qızı-zinət əşyaları və plazma yelevizorları oğurlayıblar. Oğurluq təklifi Namiq Abuşovdan gəlib. O, bütün oğurluqlarda iştirak edib. Dəstə üzvləri əsasən televizor oğurlayıblar. Oğurluq malların satışı ilə Ramil Abdullayev məşğul olub. O, üç ay əvvəl ata olub.

Faktla əlaqədar Abşeron rayon polis idarəsində cinayət məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi başlanıb.

Araşdırmalar davam edir.

Yeniçağ.Az

www.yenicag.az

767
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv