Reklam

Reklam

hebsedilib35 yaşlı İntiqam Əliyev özünü şübhəli şəxs kimi apardığı üçün Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən Xırdalan şəhərində saxlanılıb.

Yenicag.az-a daxil olan məlumata görə, idarəyə gətirilən İntiqam Əliyevin üzərinə baxış keçirən polis əməkdaşları ondan narkotik vasitə aşkarlayıblar.

Saxlanılan İntiqam Əliyevin işi ilə bağlı araşdırma aparan rayon polis idarəsinin Cinayət Axtarış İdarəsinin əməkdaşları onun başqa bir cinayət əməlinin də üstünü açıblar. Belə ki, İntiqam kirayə qaldığı Xırdalan qəsəbəsində gecə saatlarında məhlələrdə saxlanılan avtomobilləri qarət edib. Əliyev oğurladığı 35 avtomobil avadanlığının ehtiyat hissələrini bazarda satıb. Əldə etdiyi pullarla isə narkotikaya olan tələbatını ödəyib.

Narkotikdən istifadəyə görə 4 dəfə məhkumluq həyatı yaşayan İntiqam ayrılmaz “dostuna” hər gün 40 manat xərcləyib. Faktla bağlı Abşeron rayon polis idarəsində cinayət məcəlləsinin 234.1 və 177-ci maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 105
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."