Abşeron rayonunda intihara cəhd hadisəsi baş verib.
Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə Məmmədli qəsəbəsində qeydə alınıb.
Belə ki, 1992-ci il təvəllüdlü Əhmədov Elnur İmamverdi oğlu yaşadığı evdə özünü asıb.
Yaxınları onu xilas edərək xəstəxanaya çatdırıb.
Hazırda E.Əhmədov xəstəxananın reanimasiya şöbəsindədir.
Onun vəziyyəti ağır kimi qiymətləndirilir.