Abşeronda 1 yaşlı körpə ikinci mərtəbədən yıxıldı

Abşeron rayonunda 1 yaşlı körpə ikinci mərtəbədən yıxılaraq ağır xəsarətlər alıb. 

Yenicag.az xəbər verir ki, hadisə Ceyranbatan qəsəbəsində qeydə alınıb. 2021-ci il təvəllüdlü S.Osmanov yaşadığı binanın ikinci mərtəbəsindən yıxılıb.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və alın sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.