Abşeronda 16 yaşlı qız itkin düşdü

Abşeron rayonunda yeniyetmə qız itkin düşüb.

Yenicag.az-ın məlumatına görə, hadisə rayonun Masazır qəsəbəsində baş verib.

Qəsəbənin Nizami küçəsində fərdi evdə yaşayan, 2002-ci il təvəllüdlü Şükürova Ramilə Ramin qızı dekabrın 9-da evdən çıxıb və bir daha geri qayıtmayıb.

R.Şükürova sonuncu dəfə həmin gün axşam saatlarında paytaxtın Yasamal rayonu, Moskva prospektində görünüb.

Faktla bağlı araşdırma aparılır.