!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Abşeronda 60 manat borca görə qan töküldü

!Reklam – Yazi

125586_res_01Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib. İş yoldaşları arasında mübahisə borc pul üstə düşüb.

Hadisə Xırdalan şəhəri, Heydər Əliyev prospektində baş verib. İntiqam İbrahimovu Elvin adlı iş yoldaşı tərəfindən bıçaqlanıb.

Yaralı qohumları tərəfindən xəstəxanaya aparılıb.

Həkimlər İntiqam İbrahimovun bud nahiyəsində 7-ə yaxın bıçaq xəsarətinin olduğunu bildiriblər.

İntiqam İbrahimovun qardaşının sözlərinə görə, mübahisəyə səbəb borc pul olub. İntiqamın iş yoldaşı Elvinə 60 manat borcu olub: “Qonşuya xəbər verib ki, burada xəstə var, gəlib aparsınlar. Özü boynuna almayıb heç, guya başqası döyüb, tullayıb bura, qaçıb. Qonşu aparıb xəstəxanaya”.

Faktla əlaqədar Abşeron Rayon Polis İdarəsində cinayət işi başlanıb. Araşdırmalar davam edir.

www.yenicag.az

634
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv