Abşeronda ağır QƏZA: 6 yaşlı Fransa vətəndaşı öldü

Abşeron rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az Unikal.org-a istinadla xəbər verir ki, Saray-Novxanı avtomobil yolunda qeydə alınıb. Belə ki,1982-ci il təvəllüdlü T. Vəliyevanın idarə etdiyi “Hyundai” markalı avtomobil beton arakəsməyə çırpılaraq aşıb. Qəza nəticəsində sürücü T.Vəliyeva, sərnişinlər 2014-cü il təvəllüdlü Rabbath Rafael Nadim Sirli Kərim və 2011-ci il təvəllüdlü Rabbath Selin Maria Sirli Kərim ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, 2014-cü il təvəllüdlü Rabbath Rafael Nadim Sirli Kərim dünyasını dəyişib.

Qeyd edək ki, ölən və xəsarət alan sərnişinlər Fransa vətəndaşlarıdır.