Abşeronda avtobusla maşın toqquşdu – FOTO

Abşeron rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, qəza Mehdiabad qəsəbəsində qeydə alınıb.

Belə ki, “Daewoo” markalı avtobusla “Hyundai” markalı minik maşını toqquşub.

Hadisə nəticəsində minik maşınının sürücüsü ölüb.

Əraziyə polis əməkdaşları cəlb ediliblər.