Abşeronda avtomobil piyadanı vuraraq öldürdü

Abşeronda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, fevralın 23-də saat 17 radələrində Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində qəsəbə sakini Ə.Qurbanov idarə etdiyi “Kia” markalı avtomobillə yolu keçən Xırdalan şəhər sakini İslam Quliyevi vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.