Abşeronda baba və nəvəni maşın vurub: azyaşlı ölüb

Abşeronda baba və nəvəni maşın vurub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, avqustun 9-da saat 23 radələrində Abşeron rayonunun 28 May qəsəbəsi ərazisində Bakı şəhər sakini Qaib Şahverdiyev idarə etdiyi “VAZ-21214” markalı avtomobillə yolu keçən qəsəbə sakinləri – Zabil Cəfərovu və onun azyaşlı nəvəsi Elməddini vurub.

Nəticədə uşaq xəstəxanaya aparılarkən yolda ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Yenicag.az