!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Abşeronda bıçaqlanma hadisəsi baş verib

!Reklam – Yazi

Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, Abşeron rayon Polis İdarəsinin Masazır qəsəbəsi ərazisində xidmət aparan Post Patrul xidmətinin əməkdaşları yol kənarında iki nəfərin qan içində olduğunu görüblər. Polis əməkdaşları yaralıları dərhal xəstəxanaya çatdırıblar. Yaralılar 39 yaşlı Sadıqov Vasif Tofiq oğlu və 21 yaşlı Zeynallı Əfqan Rəcəb oğlu dərhal əməliyyata götürülüb. Həkimlər Vasif Sadıqovda bir, Əfqan Zeynallıda isə çox saylı bıçaq xəsarətlərinin olduğunu bildiriblər. İlkin araşdırmalar zamanı məlum olub ki, hər iki şəxsi eyni adam bıçaqlayıb.

Faktla əlaqədar Abşeron Rayon Polis İdarəsində Cinayət işi başlanıb. Araşdırmalar aparılır.

Yenicag.az

www.yenicag.az

1510
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv