Reklam: High Technic
hightechnic

“Abşeron”da-dakı atışmanın videosu yayıldı

83411Naməlum adamlar Moskvanın şərqində restoranda atışmanı təşkil etdilər

Moskvanın şərqində azərbaycanlılara məxsus “Abşeron” restoranında atışma baş verib.

Yenicag.az anspress-ə istinadən bildirir ki, naməlum şəxslər tərəfindən törədilən atışma nəticəsində iki nəfər ölüb, iki nəfər isə yaralanıb.

Atışmada bir nəfər hadisə yerindəcə ölüb. Xəsarət alan 29 yaşlı gənclərdən biri başından aldığı güllə yarasından xəstəxanada keçinib.

Güllə yaralılardan birinin döş qəfəsinə, digərinin isə çiynindən və qarın boşluğundan dəyib.

Atışmadan əvvəl dava düşdüyü bildirilir. Davada hər iki tərəfdən 20-dən çox adam iştirak edib. Müşahidə kameralarına düşən kadrlarda dava iştirakçılarının hadisə yerini necə tərk etdiyi görünür.

Hadisə yerində polis əməkdaşları baxış keçirib. Naməlum silahlıların saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

www.yenicag.az

65