Abşeronda dəm qazı faciəsi

Abşeron rayonunda qadın dəm qazından zəhərlənərək ölüb.

Yenicag.az xəbər verir ki, hadisə Saray qəsəbəsində baş verib.

1985-ci il təvəllüdlü Allahverdiyeva Mahizər Bayraməli qızı fərdi yaşayış evində dəm qazından zəhərlənərək ölüb.

35 yaşlı qadının hamilə olduğu bildirilir.

Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır./Apa/