Abşeronda əmisi və ailə üzvlərinə kəsici alətlə xəsarət yetirdi: Bir nəfər öldü – YENİLƏNDİ

Abşeronda kəsici alətlə xəsarətlər yetirilən 4 nəfərdən biri ölüb.

Bu barədə Yenicag.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

“Xəsarət alanlardan biri, 1966-cı il təvəllüdlü Zümrüd Həşimova tibbi müdaxilələrə baxmayaraq xəstəxanada ölüb”, məlumatda deyilir.

*12:06

Abşeronda 4 nəfərə kəsici alətlə xəsarətlər yetirilib.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, iyulun 3-də saat 10 radələrində Abşeron rayonu Digah kəndində 4 nəfərə kəsici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub. Belə ki, 1955-ci il təvəllüdlü H.Həşimov, onun həyat yoldaşı və övladı və digər kənd sakini aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən 1974-cü il təvəllüdlü, əvvəllər məhkum olunan Həşimov Sərxan Mirzəağa oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

Xəsarət alan şəxslərdən 3 nəfər – S.Həşimovun əmisi və onun ailə üzvləridir.

Araşdırma aparılır.

COP29