Abşeronda ev partladı – Ölən və yaralılar var

evpartladi20oktAbşeron rayonunda fərdi yaşayış evində partlayış baş verib.

Abşeron Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə gecə saatlarında Hökməli qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini Müşfiq Qurbanova məxsus 2 mərtəbəli fərdi evdə baş verən partlayışa qaz sızması səbəb olub.

Nəticədə ev yiyəsinin 3 yaşlı övladı dünyasını dəyişib. M.Qurbanov, onun həyat yoldaşı və daha 2 övladı isə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.