Abşeronda faciə: 64 yaşlı kişi yanaraq öldü

Abşeron rayonunun Məmmədli kəndində ümumi sahəsi 25 m2 olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb.

Yenicag.az FHN-ə istinadən xəbər verir ki, yanğının kəşfiyyatı zamanı yanğınsöndürənlər tərəfindən 1954-cü il təvəllüdlü Əlövsətov Əlövsət Məmməd oğlunun cəsədi aşkar olunub.

Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

COP29