Abşeronda heroin satan və alan şəxslər tutulub – VİDEO

Abşeron polisi Hökməlidə əməliyyat keçirdi. Heroini satan və alan şəxslər tutulub. 

Yeniçağ.Az-ın məlumatına görə, Abşeron polisi Hökməli qəsəbəsində keçirdiyi növbəti əməliyyat zamanı əvvəllər məhkumluq həyatı yaşayan 45 yaşlı Rasim Əbdüləli oğlu Nəsibov saxlayıb. Onun üzərindən heroin aşkarlanıb. Araşdırmalar zamanı heroini Rasim Nəsibova həmyerlisi Aqil Rufulla oğlu Səfərovun satması müəyyən edilib.

Əməliyyat nəticəsində Aqil Səfərov yaşadığı Hökməli qəsəbəsində saxlanılıb. İdarədə onun üzərinə keçirilən baxış zamanı cibindən heroin tapılıb.

Hazırda polis əməkdaşları heroini Aqil Səfərova satan şəxsi müəyyənləşdirir.

Faktla əlaqədar saxlanılan şəxslər barəsində cinayət məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Abşeron polisi Hökməlidə əməliyyat keçirdi. Heroini satan və alan şəxslər tutulub. -VİDEOAbşeron polisi Hökməli qəsəbəsində keçirdiyi növbəti əməliyyat zamanı əvvəllər məhkumluq həyatı yaşayan 45 yaşlı Rasim Əbdüləli oğlu Nəsibov saxlayıb. Onun üzərindən heroin aşkarlanıb. Araşdırmalar zamanı heroini Rasim Nəsibova həmyerlisi Aqil Rufulla oğlu Səfərovun satması müəyyən edilib. Əməliyyat nəticəsində Aqil Səfərov yaşadığı Hökməli qəsəbəsində saxlanılıb. İdarədə onun üzərinə keçirilən baxış zamanı cibindən heroin tapılıb. Hazırda polis əməkdaşları heroini Aqil Səfərova satan şəxsi müəyyənləşdirir. Faktla əlaqədar saxlanılan şəxslər barəsində cinayət məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Gepostet von Yeniçağ.Az TV am Mittwoch, 1. Februar 2017

Yeniçağ.Az