Abşeronda iki avtomobil toqquşdu, yanğın oldu – VİDEO

Abşeron rayonunda iki avtomobil toqquşub, yanğın olub.

Yenicag.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, Novxanı kəndində “Mercedes-Benz” və KIA markalı iki minik avtomobili toqquşub.

Nəticədə hər iki minik avtomobilinin yanar hissələri yanıb.

Yaxınlıqdan keçən qaz xətti və ətraf ərazilər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.