Abşeronda ikimərtəbəli tikilidə yanğın oldu

Abşeron rayonunda ümumi sahəsi 200 m² olan hazırda fəaliyyət göstərməyən ikimərtəbəli tikilinin 1-ci mərtəbəsinə yığılan ev əşyaları 70 m² sahədə yanıb.

Yenicag.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, tikili yanğından mühafizə olunub.