Abşeronda köhnə tikili yandı

Abşeron rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, rayonun Qobu qəsəbəsində həyətyanı ərazidə ümumi sahəsi 25 m² olan taxta konstruksiyadan ibarət köməkçi tikili yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.