Abşeronda maşın bacı-qardaşı vurdu: Biri öldü, digəri isə…

Abşeronda avtomobil bacı-qardaş olan iki piyadanı vurub, onlardan biri keçinib.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, “Mercedes” markalı avtomobil yolu keçən 1965-ci il təvəllüdlü Dünyamalıyev Nuşirәvan Xansuvar oğlu və onun bacısı 1957-ci il təvəllüdlü Dünyamalıyeva Qiymәt Xansuvar qızını vurub. İkisi dә sürücü tərəfindən təcili 1 saylı şəhər xәstәxanasına gәtirilsә dә, N.Dünyamalıyev orada keçinib. Qadın isә reanimasiya şöbәsinә yerlәşdirilib.

Araşdırma aparılır.